"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
"Formula 1" üzrə Azərbaycanda keçirilən 10-cu Qran-pri Bakıya minlərlə xarici qonaq cəlb edib, yarışların turizm, xidmət sektoru, məşğulluq və yerli iqtisadiyyata təsirinin artdığını göstərib.
"Report" xəbər verir ki, bu barədə "Euronews"un Azərbaycan paytaxtında keçirilən yubiley yarışı ilə bağlı hazırladığı reportajda bildirilib.
"Yarış həftəsonu xarici qonaqları cəlb edərək, mehmanxana biznesi, pərakəndə ticarət və digər xidmət sahələrində fəallığın artmasına səbəb olmaqla, Bakının turizm təqviminin əsas hadisələrindən birinə çevrilib. 10-cu Azərbaycan Qran-prisi həmçinin müasir şəhər trası ilə tarixi İçərişəhər arasındakı kontrastı diqqəttlərə çatdırıb", - telekanal qeyd edib.
Reportajın müəllifləri xatırladıblar ki, tədbirin dörd günü ərzində 92 mindən çox ziyarət qeydə alınıb, o cümlədən yarışı tribunalardan canlı izləyən 17 mindən çox xarici azarkeş olub.
Həmçinin qeyd olunub ki, 120-dən çox ölkədən olan tamaşaçılar Qran-priyə biletlər əldə ediblər, yarışın təşkilinə isə minlərlə əməkdaş, könüllü və marşal cəlb olunub, bu da tədbirin ümumi iqtisadi, turizm effektini gücləndirib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
"Euronews": "Formula-1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
"Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
-
Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi
-
Merve Özbey səhnədən yıxıldı - Qolu sındı













