Gəncədə ilk dəfə voleybol festivalı keçirilib
Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyası və "Gəncə" Voleybol Klubunun təşkilatçılığı ilə baş tutan festival "Voleybolun nəbzi Gəncədə döyünür!" şüarı altında təşkil olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, festivalın keçirilməsində əsas məqsəd Gəncədə voleybolun təbliği, uşaqlar və yeniyetmələr arasında idmanın bu növünə marağın artırılması, sağlam həyat tərzinin təşviqidir.
Tədbir çərçivəsində peşəkar voleybolçuların iştirakı ilə "ustad dərsləri" keçirilib, həmçinin dostluq oyunu təşkil olunub. 10–14 yaşlı uşaqlar arasında minivoleybol turniri, iştirakçılar üçün müxtəlif bacarıq və əyləncə proqramları təşkil olunub.
"Gəncə" Voleybol Klubunun prezidenti Elvar Osmanovun sözlərinə görə, festival Gəncədə əsl idman bayramına çevrilib:
"Burada uşaqlar öz bacarıqlarını nümayiş etdirmək, voleybolun əsas elementlərini öyrənmək və idmançılarla birbaşa ünsiyyət qurmaq imkanı əldə ediblər. Belə festivalların keçirilməsi uşaqlar və gənclər arasında əsl idman təbliğatıdır".
"Gəncə" Voleybol Klubunun 2026/2027 mövsümü üçün formalaşdırılan heyətinin azarkeşlərə təqdim edilməsi festivalın xüsusi məqamlarından biri olub.
İştirakçılar və azarkeşlər voleybolçular ilə görüşüb, onlardan avtoqraf alıb, xatirə şəkilləri çəkdiriblər. Eyni zamanda, festivalın rəngarəngliyini artırmaq məqsədilə fləşmob keçirilib.
Festivalın sonunda iştirakçılar üçün xüsusi konsert proqramı təşkil edilib.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar













