Mayk Tayson tanınmış bloqerə məğlub olub
Far.Az xəbər saytı

Mayk Tayson tanınmış bloqerə məğlub olub


Dünya boksunun canlı əfsanəsi Mayk Tayson tanınmış bloqer Ceyk Pola məğlub olub.

"Far.Az" xəbər verir ki, C.Pol Texas ştatının Arlinqton şəhərindəki AT&T arenada təşkil olunan peşəkar boks gecəsində hakimlərin yekdil qərarı ilə qalib elan olunub - 79:73.

Qarşılaşma 8 raunddan ibarət olub.

Qeyd edək ki, 58 yaşlı Tayson peşəkar karyerası ərzində 57 döyüş keçirib, bunların 50-də qələbə qazanıb, 7-də isə məğlub olub. O, peşəkar karyerasını 2005-ci ildə başa vurmuşdu.

Ceyk Pol isə peşəkar rinqdə keçirdiyi 11 döyüşün 10-da qələbə qazanıb, 1-də məğlub olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Hakimlərin qiymətləndirilmə komitəsinin yaradılması son oxunuşda qəbul edilib
Alvares boks üzrə üç dünya çempionu titulunu qoruyub
Mehriban Əliyevanın doğum günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər