Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb
Far.Az xəbər saytı

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb


"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb.

"Far.Az" bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, AZAL-ın oktyabrın 9-na planlaşdırılan J2-185/J2-186 nömrəli Bakı–Moskva (Domodedovo)–Bakı və J2-805/J2-806 nömrəli Bakı–Moskva (Vnukovo)–Bakı reyslərinin icrasında Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən dəyişikliklər yaranıb.

Belə ki, səhər saatlarında həyata keçirilən J2-185 nömrəli Bakı–Moskva reysi Sankt-Peterburq şəhərinə məcburi eniş edib. Hava məkanında yenidən məhdudiyyətlərin tətbiq olunması səbəbindən təyyarənin Bakıya geri qayıtması mümkün olmayıb. Həmçinin səhər saatlarında həyata keçirilən J2-805 nömrəli Bakı–Moskva reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.

Mövcud məhdudiyyətlər təyyarələrin vaxtında təyinat hava limanlarına çatmasına və növbəti uçuşların icrasına da təsir göstərib. Bu səbəbdən müvafiq marşrutlar üzrə planlaşdırılan J2-186 və J2-806 nömrəli axşam reysləri də təxirə salınıb.

Azərbaycanın milli aviadaşıyıcısı vəziyyəti operativ şəkildə izləyir və sərnişinlərə zəruri dəstəyin göstərilməsi istiqamətində tədbirlər həyata keçirir. Uçuş cədvəlində baş verən dəyişikliklərlə bağlı sərnişinlər rəsmi informasiya kanalları vasitəsilə məlumatlandırılacaqlar.

AZAL üçün sərnişinlərin və uçuşların təhlükəsizliyi əsas prioritet olaraq qalır. Bütün əməliyyat qərarları mövcud şərait və təhlükəsizlik tələbləri nəzərə alınmaqla qəbul edilir.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər