Qarabağın bu bölgələrində yeni bağçalar TİKİLƏCƏK
İşğaldan azad edilmiş ərazilərdə məktəbəqədər təhsil infrastrukturunun genişləndirilməsi istiqamətində yeni layihə hazırlanır.
Far.Az-in əldə etdiyi məlumata görə, Ağdam, Laçın və Cəbrayıl şəhərlərində ümumilikdə altı körpələr evi-uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.
Layihəni Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi həyata keçirəcək.
Belə ki, Ağdam şəhərində 3, 4, 5 və 6 nömrəli, eləcə də Laçın və Cəbrayıl şəhərlərində hər biri 160 yerlik uşaq bağçalarının tikintisi nəzərdə tutulur.
Qeyd edək ki, layihələrin həyata keçirilməsi gələcəkdə həmin şəhərlərdə məktəbəqədər təhsil müəssisələrinin sayının artırılmasına, uşaqların erkən yaşlardan təhsilə cəlb olunması imkanlarının genişləndirilməsinə və ailələrin sosial ehtiyaclarının qarşılanmasına töhfə verəcək. Eyni zamanda, yeni bağçaların tikilməsi doğma yurdlarına qayıdan sakinlər üçün sosial infrastrukturun inkişafı baxımından da əhəmiyyətlidir.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Mirror: Ronaldu Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb
-
"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb
-
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib
-
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb













