Aİ Komissiyası: "Rəqəmsal texnologiyalar biomüxtəliflik itkisinin azaldılmasını sürətləndirə bilər"
Biomüxtəliflik itkisini azaltmadan iqlim hədəflərinə nail olmaq mümkün deyil.
“Far.Az” xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçan COP29 çərçivəsində keçirilən “Yaşıl rəqəmsal fəaliyyət” üzrə yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı deyib.
“Bu prosesdə rəqəmsal texnologiyalar müstəsna əhəmiyyət kəsb edir. Onlar biomüxtəliflik itkisini azaltmaq üçün idarəetməni gücləndirə, məlumatların daha sürətli paylaşılmasını və biliklərin yayılmasını təmin edə bilər. Rəqəmsal transformasiya bu istiqamətdə daim diqqətdə saxlamalı olduğumuz mühüm vasitədir”, - deyə o qeyd edib.
T.Molçan, həmçinin, "Yaşıl Rəqəmsal Bəyannamə"ni yüksək qiymətləndirərək, dayanıqlı inkişafın təmin olunmasında beynəlxalq əməkdaşlıq və birgə fəaliyyətin zəruriliyini vurğulayıb.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













