Azərbaycan irsinin erməniləşdirilməsi siyasətinin qurbanlarından biri – Xancığaz kəndi
Far.Az xəbər saytı

Azərbaycan irsinin erməniləşdirilməsi siyasətinin qurbanlarından biri – Xancığaz kəndi


"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində Ermənistanda 1989-cu ilə qədər azərbaycanlıların yaşadığı Xancığaz (indiki Aznvadzor) kəndinin tarixi haqqında araşdırma dərc olunub.

"Report" xəbər verir ki, bu barədə məqalə "Perished civilization"da yayımlanıb.

Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasətinin qurbanlarından biri də Xancığaz kəndidir. Kəndə bu ad 1940-cı ilin iyununda verilib. O vaxta qədər Gözəldərə adlandırılırdı.

1991-ci ilin aprelində kəndin adı Aznvadzor olaraq dəyişdirilib. Kənd 1995-ci ildən Ermənistanın Lori vilayətinin tərkibindədir.

XVIII əsrin ikinci yarısından kəndin ərazisi Kartli-Kaxetiya çarlığının tərkibində olub. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibində olub. Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

1831-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 33 nəfər yaşayıb. İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçasında 1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 523 nəfər yaşadığı qeyd olunub.

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb.

1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 880 nəfər yaşayıb.

1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. Nəticədə 1949-cu ildə Xancığaz kəndi əhalisinin bir hissəsi zorla Azərbaycanın Xanlar rayonuna (indiki Göygöl rayonuna) köçürülüb.

Erməni mənbələrinin məlumatına əsasən, 1980-ci illərin sonlarına qədər müxtəlif dövrlərdə kəndin ərazisində yalnız və ya, əsasən, azərbaycanlılar yaşayıblar.

1989-cu ildə kənddə 706 nəfər yaşayıb. 1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə bir hissəsinin salamat qaldığı onlarla məzar daşları olan azərbaycanlı qəbiristanlığı aşkar edilib. Salamat qalmış məzar daşları XX əsrə aiddir.

Azərbaycan irsinin erməniləşdirilməsi siyasətinin qurbanlarından biri – Xancığaz kəndi

Oxşar xəbərlər

Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb
Vedi kəndi necə erməniləşdirilib? - "Qərbi Azərbaycanın yaddaş yerləri"
"Qərbi Azərbaycanın yaddaş yerləri": Ermənistanın özününküləşdirdiyi Güllübulaq kəndində Azərbaycan qəbiristanlığı
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər