Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
İndiki Ermənistanın Geğarkunik vilayətinində (Qərbi Azərbaycan), tarixi Qaraqoyunlu dərəsində yerləşən Gölkənd barədə mühüm faktlar açıqlanıb.
"Far.Az" xəbər verir ki, bu barədə məlumat "Perished civilization" saytında öz əksini tapıb.
Kənd bir neçə əsr ərzində Gölkənd adını daşıyıb. Bəzi çar mənbələrində kəndin adı Qaraqoyunlu kimi qeyd edilir. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı Ayqut olaraq dəyişdirilib.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.
Kənd haqqında qeydlərə onun Dağlıq Qaraqaya vilayətinə aid olduğunu göstərən XVI və XVIII əsrlərə aid Osmanlı mənbələrində rast gəlinir. Səfəvilərin hakimiyyəti dövründə bu ərazi sonradan Kartli-Kaxetiya çarlığından asılı vəziyyətə düşmüş Şəmşəddil vilayətinin bir hissəsi olub.
1801-ci ildə I Aleksandr "Gürcü xalqına" manifesti ilə, nəhayət, Kartli-Kaxetiya çarlığının ilhaqını təsdiqləyib: gürcü monarxiyası ləğv edilib, Şərqi Gürcüstan isə Rusiya imperiyasının tərkibinə daxil edilib. Çar Rusiyası dövründə kənd Yelizavetpol quberniyasının Qazax qəzasının tərkibində olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
"1831-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 357 nəfər, 1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 1567 nəfər yaşayıb".
1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:
"1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 2157 nəfər yaşayıb".
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
"1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 1255 nəfər yaşayıb".
Yelizavetpol quberniyasının 1910-cu ilə olan yaddaş kitabçası:
"1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 1555 nəfər yaşayıb".
1912-ci ilə olan Qafqaz təqvimi:
"1911-ci ildə kənddə 1555 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar".
1915-ci ilə olan Qafqaz təqvimi:
"1914-cü ildə kənddə 1866 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar".
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1918-ci ildə Ermənistan Qazax qəzasının dağlıq hissəsinə iddia irəli sürüb. Qəza ərazisinin bir hissəsinin erməni nəzarətinə keçməsinə baxmayaraq, erməni müntəzəm ordusu AXC-nin tərkibində qalan torpaqlarda türk əhalisi olan kəndləri məhv etməyə davam edib.
Erməni mənbələrinə əsasən, Qaraqaya ərazisindəki bütün azərbaycanlı kəndlərinin sakinləri daşnak birləşmələrinə müqavimət göstəriblər, lakin 1920-ci ilin iyun ayında qovulublar. Gölkəndin əhalisi Azərbaycanın Qazax qəzasına sığınıb.
1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Bundan sonra Qazax qəzasının əvvəllər erməni qüvvələrinin nəzarətinə keçmiş hissəsinin Ermənistan SSR-ə birləşməsi təsbit edilib.
1930-cu ildən kənd Dilican7, 1937-ci ildən isə Krasnoselsk rayonlarının tərkibində olub.
Erməni mənbələrinin məlumatına əsasən, kənddə 1980-ci illərin sonlarına qədər azərbaycanlılar yaşayıblar.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
"1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla, 1015 nəfər yaşayıb.
1926-cı ildə kənddə 1068 nəfər yaşayıb, onlardan 1055 nəfəri azərbaycanlı olub.
1931-ci ildə kənddə 1283 nəfər yaşayıb, onlardan 1279 nəfəri azərbaycanlı idi.
1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib29. Nəticədə Gölkənd əhalisinin bir hissəsi zorla Azərbaycan SSR-ə köçürülüb".
Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi: "1959-cu ildə kənddə 1123 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar".
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti: "1979-cu ildə kənddə 2022 nəfər yaşayıb. 1991-ci ildə kəndin 78 sakini olub.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən deportasiya olunublar.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə bir hissəsi salamat olan onlarla məzar daşlarının qaldığı iki azərbaycanlı qəbiristanlığı aşkar edilib. Salamat qalmış bəzi məzar daşlarında ərəb dilində yazılar var.
Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanıb və sistemləşdirilib. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalıb.
Bundan əvvəl saytda Ağbulaq kəndinin tarixi, toponimi və əhalisinin etnik tərkibi ilə bağlı XIX-XX əsrlərə aid müxtəlif arxiv sənədləri və yazılı mənbələrdə məlumatlar əks olunub. Güllüdüz kəndi haqqında da məlumat verilib.
Oxşar xəbərlər
Ağbulaq kəndinin tarixi və əhalisi ilə bağlı məlumatlar sənədləşdirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Tramp Milli Kəşfiyyat direktorunu süni intellektin inkişafı üzrə məsul şəxs vəzifəsinə təklif edib
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
"Bolt" cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır













