AMB data və süni intellektin idarə edilməsi üzrə çərçivə hazırlayır
Far.Az xəbər saytı

AMB data və süni intellektin idarə edilməsi üzrə çərçivə hazırlayır


Azərbaycan Mərkəzi Bankı (AMB) data və süni intellektin idarə edilməsi üzrə çərçivə hazırlayır.

"Far.Az" xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə bu gün keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirdə bildirib.

Onun sözlərinə görə, ilk mərhələdə tövsiyə formasında təqdim ediləcək çərçivənin gələcəkdə qaydalara çevrilməsi nəzərdə tutulur: "Həm fintexlərdə, həm də digər maliyyə institutlarında dayanıqlı İT infrastrukturu olmalıdır. Bu səbəbdən hazırda təhlükəsizlik, İT, eləcə də data və süni intellektin idarə edilməsi üzrə çərçivələri sektor nümayəndələri ilə birlikdə hazırlayırıq ki, onları da bazara təqdim edək. Bütün bunlar innovasiyalar və rəqəmsallaşmanın bazara təhlükəsiz şəkildə gətirilməsinə imkan yaradacaq. Düşünürəm ki, fintexlər bu kompleks, lakin çox maraqlı sahədə yerlərini tutmalı, həm özləri dəyər yaratmalı, həm də maliyyə sektoruna əlavə dəyər qazandırmalıdırlar. Bu gün regionda mövcud olan yaxşı münasibətləri və geniş imkanları nəzərə alaraq hesab edirəm ki, yaratdığımız dəyər bütün regiona fayda verməlidir".

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər