Çexiyanın Azərbaycana ümumi investisiya qoyuluşu açıqlanıb
Far.Az xəbər saytı

Çexiyanın Azərbaycana ümumi investisiya qoyuluşu açıqlanıb


Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon ABŞ dollarına çatıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Yusif Abdullayev "Azərbaycan-Çexiya Biznes Forumu"nda deyib.

Onun sözlərinə görə, investisiya əməkdaşlığı hər iki istiqamətdə inkişaf edir: "1995-ci ildən 2026-cı ilin birinci yarısının sonunadək Çexiyadan Azərbaycana birbaşa investisiyaların həcmi təxminən 74 milyon dollara çatıb. Bunun təxminən 70 milyon dolları bizim üçün çox mühüm olan qeyri-neft-qaz sektoruna yönəldilib. Eyni dövrdə Azərbaycanın Çexiyaya birbaşa investisiyalarının həcmi də təxminən 70 milyon dollar təşkil edib".

Y.Abdullayev qeyd edib ki, hazırda kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət və xidmətlər daxil olmaqla müxtəlif sektorlarda 34 Çexiya şirkəti Azərbaycanda fəaliyyət göstərir: "Nəqliyyat və logistika da gələcək əməkdaşlıq üçün yaxşı perspektivlər yaradır. 2025-ci ildə ölkələrimiz arasında tranzit daşımalarının həcmi 32 min tona çatıb. "Şərq-Qərb" və "Şimal-Qərb" dəhlizlərinin mühüm rol oynadığı bu sahədə 47 %-lik artım qeydə alınıb".

Oxşar xəbərlər

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər