İlham Əliyev: Azərbaycan müharibədən sonrakı 3 ildə suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışdı
Vətən müharibəsi ərzində Azərbaycan Ermənistan işğalçılarını zəbt edilmiş torpaqlarından qovdu.
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.
Onun sözlərinə görə, Azərbaycan döyüş meydanında 300-dən çox şəhər və kəndi işğaldan azad etdi.
Prezident deyib ki, Vətən müharibəsindən sonra üç il ərzində Azərbaycan öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışdı, lakin Ermənistan atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq yeni qərbdən olan havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün bir fürsət kimi istifadə etdi:
"2023-cü ilin sentyabrında məhz bu başladı və həmin vaxt Azərbaycan əsgərinin dəmir yumruğu yenidən öz sözünü dedi. Ermənistan ordusunun Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu. Separatçıların liderləri, hərbi cinayətkarları və uşaq qatilləri isə Azərbaycan məhkəməsi qarşısına gətirildilər."
Oxşar xəbərlər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib













