FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
Far.Az xəbər saytı

FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib


Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsi Gəncə şəhərində yerləşən Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə" mövzusunda təlim keçirib.

Bu barədə "Far.Az"a FHN-dən məlumat verilib.

FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində əsas məqsəd Filarmoniyanın kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.

Təlimin nəzəri hissəsində obyektin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar "Həyəcan" siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri operativ qaydada hadisə yerinə çataraq, "yanğınla mübarizə" tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş ərazidə təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə "ilkin yardım göstərilib", "yanğın qısa müddətdə söndürülüb".

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər