İstanbuldakı leysandan sonra MƏNZƏRƏ - 50-dən çox avtomobil tərsinə çevrildi
İstanbulda dünən günorta saatlarından başlayan aramsız və şiddətli leysan yağışları həyatı iflic edib. Şəhərin bir çox hissəsində küçə və prospektlər gölməçəyə çevrilib, sel suları nəqliyyatın və piyadaların hərəkətində ciddi çətinliklər yaradıb.
Far.Az xəbər verir ki, təbii fəlakətdən ən çox zərər çəkən ərazilərdən biri Sarıyer rayonunun Ayazağa məhəlləsi olub.
Xilasetmə və kommunal xidmət briqadalarının gecə boyunca apardığı gərgin işlərdən sonra səhərə yaxın suyun səviyyəsi çəkilib.
Hava işıqlandıqca selin törətdiyi dəhşətli dağıntılar dron çəkilişləri ilə aydın şəkildə üzə çıxıb.
Görüntülərdə güclü axının qarşısına qatan onlarca nəqliyyat vasitəsinin aşaraq istifadəyə yararsız hala düşdüyü görünür.
Hadisə şahidlərindən biri, Fatih Kılıç meşəlik ərazidən gələn güclü sel sularının dərə yatağından daşdığını bildirib:
"Şiddətli yağışa görə dərə axını qaldıra bilmədi. Küçədə nə vardısa yuyub apardı. 50-dən çox avtomobil tərsinə çevrilib. Evlərində köməksiz vəziyyətdə qalan insanlar var".
Selin fəsadları ilə üz-üzə qalan digər sakin Tugay Kömürcü isə acınacaqlı vəziyyətdə olduqlarını vurğulayıb:
"İşıqlarımız kəsilib, uşaqlarımızla birlikdə soyuqda qalmışıq. Problem təcili olaraq həll edilməlidir."
Ərazidə təmizləmə və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
-
UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi













