Türk ölkələrinin vahid informasiya məkanının inkişafı Azərbaycan üçün prioritet olaraq qalır
Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ümumi informasiya məkanının inkişafı Azərbaycanın Türk dünyası ilə əməkdaşlığının mühüm istiqaməti olaraq qalır.
"Report"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov TDT-nin media və informasiya məsələləri üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin Astanada keçirilən VIII toplantısında bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, media və informasiya sahəsində əməkdaşlıq isə bu münasibətlərin mühüm tərkib hissəsi olaraq qalır.
R.Bağırov qeyd eedib ki, etibarlı xəbərlərin müntəzəm mübadiləsi, informasiya agentliklərinin və teleradio şirkətlərinin qarşılıqlı fəaliyyətinin genişləndirilməsi ümumi mədəni və tarixi irsi konkret birgə layihələrə çevirməyə imkan verir. O, nümunə kimi Türk İnformasiya Agentlikləri Alyansını - ATNA-nı göstərib.
Şuranın nümayəndəsi birgə sənədli filmlərin, mədəni-maarifləndirici proqramların, media layihələri mübadiləsinin və jurnalistlərin peşəkar səfərlərinin əhəmiyyətini vurğulayıb: "Belə bir fəaliyyət qarşılıqlı anlaşmaya təkan verir və türk dünyasının mövqeyini beynəlxalq auditoriyaya çatdırmağa kömək edir".
XƏBƏR YENİLƏNİR
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"
-
UEFA Avropa Liqasında II turunun oyunları keçirilib













