Yaponiyada yeni GCAP qırıcısının hazırlanması mərkəzi açılacaq
Yaponiya, Böyük Britaniya və İtaliyanın "Edgewing" birgə müəssisəsi 2027-ci ilin əvvəlində Yaponiyanın Ayti prefekturasında yeni nəsil qırıcının hazırlanması mərkəzini açmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə şirkətin baş direktoru Marko Tsof "Nikkei"yə müsahibəsində bildirib.
Müəssisədə zamanla minə yaxın mütəxəssis çalışacaq. Layihə "Global Combat Air Programme" (GCAP) proqramı çərçivəsində həyata keçirilir. İşləyib hazırlama mərkəzləri Yaponiya, Böyük Britaniya və İtaliyada yerləşdiriləcək. Hər bir müəssisə təyyarənin ayrı-ayrı altsistemləri üzrə ixtisaslaşacaq.
İtaliyanın Turin şəhərində "Edgewing"in işləyib hazırlama mərkəzinin açılış mərasimi keçirilib. 2027-ci ilin sonunadək şirkət orada ikinci binanı tikməyi və üç ölkədən 300-ə yaxın mütəxəssisi cəlb etməyi planlaşdırır. Gələcəkdə mərkəzin ştatı min nəfəri ötməlidir.
GCAP iştirakçıları qırıcıların kütləvi şəkildə yerləşdirilməsinə 2035-ci ildə başlamağı nəzərdə tuturlar. Konsepsiyanın ilkin qiymətləndirilməsi başa çatıb, bundan sonra layihələndirmə mərhələsinə keçilib.
Fransa ilə qırıcının işlənib hazırlanması üzrə birgə proqramda çətinliklər yarandıqdan sonra Almaniya layihəyə qoşula bilər.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Filippinli səyyah Qarabağda dağ-xizək turizminin inkişaf perspektivlərini qeyd edib
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb













