Florian Virts "Barselona"ya keçmək istəyir
Far.Az xəbər saytı

Florian Virts "Barselona"ya keçmək istəyir


Almaniya millisinin futbolçusu Florian Virts İspaniyanın "Barselona" klubuna keçmək istəyir.

"Far.Az" xəbər verir ki, bu barədə "Elnacional" nəşri məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi İngiltərə təmsilçisi "Liverpul"dan ayrılmaq niyyətindədir.

O, "Barselona"nın baş məşqçisi Hans-Diter Flikə də Kataloniya komandasında oynamaq istədiyini deyib. Virts Almaniya yığmasında məhz bu mütəxəssisin rəhbərliyi altında debüt edib.

Xatırladaq ki, Florian Virts 2025-ci ildə 130 milyon avro qarşılığında "Bayer 04"dən "Liverpul"a keçib. Yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə doqquz oyuna çıxıb və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Hans-Diter Flik cari mövsümün sonunda "Barselona"nı tərk edə bilər
"Barselona" Hans-Diter Flikin rəhbərliyi altında tarixi nəticələrə imza atıb
"Barselona" Hans Diter-Flikin rəhbərliyi altında tarixinin ən yaxşı mövsüm startını gerçəkləşdirib
DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər