İsrail ordusu Livanın şərqini atəşə tutub, 30 nəfər yaralanıb
Far.Az xəbər saytı

İsrail ordusu Livanın şərqini atəşə tutub, 30 nəfər yaralanıb




İsrail ordusunun Livanın şərqindəki Bekaa vadisinə endirdiyi zərbələr nəticəsində yaralanaların sayı 30 nəfərə çatıb, ölənlərin sayı dəyişməyib.

"Report" xəbər verir ki, bu barədə “Al Wataniya” milli agentliyi xilasetmə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

“Yaralılardan 5-i xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır, xəsarət almış 30 nəfərdən ən azı 9-u uşaqdır. Yaralılar arasında Livan vətəndaşları ilə yanaşı, suriyalılar da var”, - məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl “Al Mayadeen” telekanalı İsrail ordusunun Bekaa vadisini atəşə tutması nəticəsində ən azı bir nəfərin öldüyünü, daha 20 nəfərin isə yaralandığını bildirib.

Far.Az

Oxşar xəbərlər

KİV: İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub, yaralılar var
İsrailin Qəzzaya endirdiyi zərbələrdə 50-dən çox fələstinli həlak olub
KİV: İsrail ordusu Livanın cənubunda bir neçə kəndi atəşə tutub, tələfat var
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
İsrail Livan ərazisindən atılan bir neçə hava hədəfini vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər