PSJ-nin qapıçısı Luka Şevalye klubu tərk etməyi düşünür
Far.Az xəbər saytı

PSJ-nin qapıçısı Luka Şevalye klubu tərk etməyi düşünür


Fransa təmsilçisi PSJ-nin qapıçısı Luka Şevalye kifayət qədər meydana çıxmaması səbəbindən qış "transfer pəncərəsi"ndə klubu tərk etməyi düşünür.

"Report" xəbər verir ki, bu barədə "L"Équipe" nəşri məlumat yayıb.

25 yaşlı fransalı qolkiper yanvarın 23-dən etibarən rəsmi oyunlarda meydana çıxmayıb. Həmin vaxtdan etibarən Paris kollektivinin əsas qapıçısı Matvey Safonov olub.

Şevalye gələcəyi ilə bağlı baş məşqçi Luis Enrike ilə görüşməyi planlaşdırır.

"Əlcək sahibi" müntəzəm olaraq oyunlarda iştirak etmək istəyir. Tərəflər onun icarəyə verilməsi və ya birdəfəlik transferi variantlarını nəzərdən keçirirlər.

Bununla belə, PSJ rəhbərliyi Şevalyenin ayrılmasına yalnız onun yerinə yeni qapıçı tapacağı təqdirdə razılıq verməyə hazırdır.

Oxşar xəbərlər

Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Bakıda qış hazırlığı başladı - Bu rayonlarda qarla mübarizə üçün tapşırıqlar verildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər