Prezidentin yeni səhiyyə naziri təyin etdiyi Anar Bayramov kimdir? - DOSYE
Far.Az xəbər saytı

Prezidentin yeni səhiyyə naziri təyin etdiyi Anar Bayramov kimdir? - DOSYE


Anar Bayramov səhiyyə naziri təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Far.Az xəbər verir ki, Anar Bayramov 1975-ci ildə doğulub.

O, 1997-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. Daha sonra təhsilini davam etdirərək 2004-2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini uğurla bitirirək maliyyə üzrə magist (MBA) dərəcəsi alıb. Tibb üzrə fəlsəfə doktoru olan A.Bayramov 20-dən çox elmi məqalənin və 2 səmərələşdirici təklifin müəllifidir.

A.Bayramov Azərbaycan sığorta bazarının ən təcrübəli və peşəkar sığortaçısı kimi tanınır və maliyyə sektotunda 25 ilə yaxın təcrübəyə malikdir. O, 2002-ci ildən "A-Group" sığorta şirkətinin İdarə Heyətinin sədrinin müavini, 2004-cü ildən 2021-ci ilədək İdarə Heyətinin sədri olub. Daha sonra A.Bayramov əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, nazirliyin tabeliyində Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

Bundan başqa, cənab Bayramovun ictimai fəaliyyəti də nəzərimizdən qaçmayıb. Belə ki, o 2006-2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-ci ildən 2017-ci ilədək Xəzər-Avropa Maliyyə Klubunun (CEIBC) prezidenti, 2017-ci ildən "Caspian European Club"un sığorta komitəsinin rəhbəridir. 2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin Sədri, 2025-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Baş Məclisinin üzvüdür.

A.Bayramov "tibbi sığorta", "səhiyyədə islahatlar", "liderlik" və digər mövzularda Almaniya, ABŞ, Fransa, Rusiya, Macarıstan, Çexiya, Rumıniya, Sloveniya və digər ölkələrdə keçirilən beynəlxalq səviyyəli konfrans və seminarların iştirakçısı olub.

Qeyd edək ki, hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.

Oxşar xəbərlər

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər