Azərbaycan iki ölkədən smartfon tədarükünü bərpa edib
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 314,5 milyon ABŞ dolları dəyərində 701 min 908 ədəd smartfon idxal edib.
"Far.Az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 % çox, kəmiyyət olaraq – 15,4 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 234,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 18,8 % çox) 507 min 570 ədəd (-23,1 %), Vyetnamdan 66,94 milyon ABŞ dolları dəyərində (+13,9 %) 175 min 324 ədəd (+14 %), Hindistandan 13 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 18 min 483 ədəd (+82,8 %), Tailanddan 203,3 min ABŞ dolları dəyərində 199 ədəd (1 il əvvəl tədarük olmayıb), İndoneziyadan 77,36 min ABŞ dolları dəyərində (-9 %) 175 ədəd (-45 %) cihaz alıb.
Azərbaycan 7 il 5 aylıq fasilənin ardından Tayvandan (2,44 min ABŞ dolları dəyərində 1 ədəd) və 2 il 10 aylıq aradan sonra Çexiyadan (56,5 min ABŞ dolları dəyərində 50 ədəd) tədarükü bərpa edib.
2025-ci ildə Azərbaycana idxal edilmiş 1 milyon 344 min 329 ədəd smartfonun 80,4 % Çinin payına düşüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycanın Çindən smartfon idxalına çəkdiyi xərci 26 % artıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Belarus və Qazaxıstandan benzin almağa başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər?
-
Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi
-
Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram
-
Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır













