Azərbaycanda 9 ayda 345 mindən çox "ASAN İmza" sertifikatı verilib
Far.Az xəbər saytı

Azərbaycanda 9 ayda 345 mindən çox "ASAN İmza" sertifikatı verilib


Bu ilin yanvar-sentyabr aylarnda Azərbaycanda 345 522 "ASAN İmza" elektron imza sertifikatı verilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % azdır.

Hesabat dövründə "ASAN İmza"lar 220 299 müraciət üzrə təqdim olunub. Bu isə 1 il əvvələ nisbətən 7 % azdır.

"ASAN İmza" elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

Sertifikatlar 3 il etibarlıdır.

Oxşar xəbərlər

Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər