"Reuters" ABŞ-nin Rusiya ilə dizel üzrə sövdələşməni Ukraynaya necə əsaslandırdığını açıqlayıb
Amerikalı müzakirəçilər Stiv Uitkoff və Cared Kuşner Mayamidə Ukrayna nümayəndə heyətini əmin ediblər ki, Rusiya ilə dizel yanacağı üzrə razılaşma Moskvanın mövqeyini yumşaltmağa kömək edə bilər.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Ağ Evin nümayəndələri iddia edirdilər ki, ABŞ və Rusiya arasındakı razılaşma Ukraynadakı müharibənin sülh yolu ilə nizamlanmasını yaxınlaşdıracaq. Paralel olaraq ABŞ Prezidenti Donald Trampın Ukraynanın Rusiyanın neft obyektlərinə zərbə endirməyi dayandırması ilə bağlı çağırışı da çatdırılıb.
"İdeya ondan ibarət idi ki, ABŞ Rusiyaya qayıdıb belə deyə bilsin: "Görürsünüz, ukraynalılar zərbələri dayandırdılar və biz sizinlə bu razılaşmanı bağladıq. İndi nəsə etmək növbəsi sizindir", - agentliyin mənbəsi izah edib. "Reuters" qeyd edib ki, görüş zamanı Kuşner və Uitkoff əgər Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa razılaşmazsa, dəstəyin dayandırılacağı ilə hədələməyiblər.
Bundan əlavə, nəşrin mənbələri israr edirlər ki, ABŞ nümayəndələri kəşfiyyat məlumatlarının ötürülməsini dayandıracaqları ilə Ukraynanı hədələməyiblər, baxmayaraq ki, əvvəllər bir sıra medialar xüsusən də "Financial Times" qəzeti bu barədə yazmışdı.
Agentliyin həmsöhbətlərindən biri həmçinin qeyd edib ki, dizel yanacağı ilə bağlı razılaşma Ukrayna və Rusiya arasında danışıqların bərpasına dair daha geniş müzakirənin sadəcə bir hissəsidir. Onun sözlərinə görə, görüş zamanı həmçinin Kiyev üçün təhlükəsizlik qarantları da müzakirə edilib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Biləcəri-Yalama dəmir yolunu elektrikləşdirmək 450 milyon dollara başa gələcək
-
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq













