"Mançester Yunayted" və "Liverpul" Feliks Nmeçanı transfer etmək istəyir
Far.Az xəbər saytı

"Mançester Yunayted" və "Liverpul" Feliks Nmeçanı transfer etmək istəyir


İngiltərənin "Mançester Yunayted" və "Liverpul" klubları Almaniyanın "Borussiya" (Dortmund) komandasında çıxış edən yarımmüdafiəçi Feliks Nmeçanı heyətinə qatmaq niyyətindədir.

"Report" "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" rəhbərliyi qış "transfer pəncərəsi" öncəsi 26 yaşlı almaniyalı futbolçunun nümayəndələri ilə artıq əlaqə saxlayıb.

"Liverpul" isə futbolçunu "Bornmut"dan Aleks Skottun transferi alınmayacağı təqdirdə alternativ kimi görür. Yarımmüdafiəçi ilə Premyer Liqanın digər təmsilçiləri - "Çelsi", "Tottenhem", "Nyukasl", "Mançester Siti" və "Arsenal" klubları da maraqlanır.

Hamburqda anadan olan və 10 ildən çox "Mançester Siti"nin akademiyasında çıxış edən oyunçu "Borussiya" ilə müqaviləsinin müddətini 2030-cu ilin yayına qədər uzadıb. Dortmund təmsilçisi hazırda futbolçunu 90-100 milyon avro civarında dəyərləndirir.

Qeyd edək ki, F.Nmeça 2025/2026 mövsümündə keçirdiyi 47 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalına görə, onun dəyəri 65 milyon avrodur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər