Bunu edən avtobus sürücüləri işdən qovula bilər - RƏSMİ
Far.Az xəbər saytı

Bunu edən avtobus sürücüləri işdən qovula bilər - RƏSMİ


İctimai nəqliyyatda avtobus sürücülərinin müxtəlif səbəblərdən nəqliyyat vasitəsini idarə etməkdən imtina etməsi və avtobusu saxlayaraq salonu tərk etməsi ilə bağlı görüntülərə zaman-zaman rast gəlinir.

Belə hallar sərnişinlərin gediş-gəlişinə təsir etməklə yanaşı, sürücülərin hansı hallarda reysə davam etməmək hüququna malik olması məsələsini də gündəmə gətirir.

Bəs sürücülər hansı vəziyyətlərdə avtobusu idarə etməkdən imtina edə bilərlər və bu zaman onlara hansı təlimatlar verilir?

"BakuBus" MMC-nin Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, "BakuBus"un sürücüləri sərnişindaşıma xidmətinin fasiləsiz və təhlükəsiz şəkildə həyata keçirilməsi ilə bağlı müvafiq təlimatlandırmadan keçirlər:

"Sürücü şəxsi qərarı əsasında, sərnişinlərlə yaranan hər hansı anlaşılmazlıq və ya digər səbəblərdən avtobusu özbaşına tərk edərək sərnişindaşıma fəaliyyətini dayandıra bilməz.

Sürücünün səhhətində problem yarandıqda və ya avtobusun təhlükəsiz idarə edilməsinə mane olan texniki nasazlıq baş verdikdə bu barədə Monitorinq Mərkəzinə məlumat verir. Belə hallarda Monitorinq Mərkəzinin müvafiq göstərişi əsasında avtobusun hərəkəti dayandırılır və zəruri tədbirlər görülür.

Sürücünün heç bir əsaslı səbəb olmadan avtobusu tərk etməsi və sərnişindaşıma fəaliyyətini dayandırması əmək intizamının pozulması hesab olunur. Belə hallar fərdi qaydada araşdırılır və nəticədən asılı olaraq sürücüyə intizam tənbehi tətbiq edilə, qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda isə əmək müqaviləsinə xitam verilə bilər".

Orxan Hüseyn

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər