MKA: Lokal LLM modelləri ilə risklərin bir hissəsini həll etmək mümkündür
Far.Az xəbər saytı

MKA: Lokal LLM modelləri ilə risklərin bir hissəsini həll etmək mümkündür


Lokal LLM modelləri tətbiq etməklə risklərin bir hissəsini həll etmək mümkündür.

"Report" xəbər ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) nümayəndəsi Ayxan Hüseynli Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə, "Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi" layihəsi çərçivəsində Bakıda keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.

O bildirib ki, söhbət konkret olaraq məlumatlarla bağlı olan risklər, yəni məlumatın ölkə hüdudlarından kənara çıxmaması məsələsindən gedir: "Amma digər risklər də mövcuddur. Məsələn, həmin o LLM modellərinin qurulduğu datasetlərin nə qədər etibarlı olması məsələsi artıq bir növ bizim öz üzərimizə götürdüyümüz riskə çevrilir. Daha sonra, əgər sistem qururuqsa, normal informasiya sistemlərində olduğu kimi burada da digər risklər ortaya çıxır. Buna əlavə olaraq hücum vektorları da qeyd edilə bilər. O hücum vektorlarının qarşısının alınması artıq birbaşa bizim öhdəliyimizdir. Hücum vektorlarının istismarı nəticəsində hücum edən tərəf uğur əldə etsə, bu artıq bizim problemimiz, bizim həll edilməli olan insidentimiz və məsələmizdir. Məsələn, prompt inyeksiyalar və sairəni bura aid etmək olar. Yəni bu, iki tərəfli bir məsələdir. Bizim üçün datanın ölkə hüdudlarından çıxmaması mı daha önəmlidir, yoxsa başqa məsələlər? Bu məsələyə ikili yanaşmaq lazımdır".

Oxşar xəbərlər

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər