XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 7 gün ərzində 300-dən tədbir keçiriləcək
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 7 gün ərzində 300-dən çox müxtəlif səpkili tədbir keçiriləcək.
"Far.Az" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov sərgi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, tədbirlər əsasən yerli və xarici yazarlarla görüşlərin keçirilməsi istiqamətində olacaq.
"Lakin bununla yanaşı həm də müxtəlif mövzulara həsr olunmuş, xüsusilə də ədəbiyyatın təbliği, təqdimatı mövzusunda yerli və beynəlxalq səviyyəli tədbirlər, konfranslar da keçiriləcək".
Fərid Cəfərov əlavə edib ki, nəşriyyatlar arasında işgüzar görüşlərin keçirilməsi üçün də sərgidə xüsusi guşə ayrılıb.
O sərgiyə artan maraqdan da bəhs edib.
"İştirak baxımından əvvəlki illərə nisbətən ən yüksək rəqəmlərin olduğunu deyə bilərik. Yerli iştirakçılar sırasında 148 nəşriyyat və təşkilat stendlə burada təmsil olunur. Bununla yanaşı, beynəlxalq iştirakçılıqda da artım müşahidə olunmaqdadır. Belə ki, 32 ölkədən 59 nəşriyyat və təşkilat da kitab sərgisində iştirak edir".
YENİLƏNİR
Oxşar xəbərlər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər













