Azərbaycan və Qətərin gömrük orqanları qabaqcıl təcrübələri öyrənəcək
Far.Az xəbər saytı

Azərbaycan və Qətərin gömrük orqanları qabaqcıl təcrübələri öyrənəcək


Azərbaycan və Qətər Dövlətinin gömrük orqanları arasında əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və paylaşılması ilə bağlı fikir mübadiləsi aparılıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müzakirələr BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində komitənin sədri Şahin Bağırov və Azərbaycanda səfərdə olan Qətər Dövlətinin Baş Gömrük Orqanının sədri Əhməd bin Abdulla Əl Camal arasında keçirilən görüşdə aparılıb.

Görüşdə həmçinin gömrük sisteminin müxtəlif sahələrində süni intellektin tətbiqi, iki ölkə arasındakı qarşılıqlı ticarət dövriyyəsinin artırılması baxımından faydalı münasibətlərin qurulmasına dair müzakirələr aparılıb.

Görüş çərçivəsində risklərin idarə edilməsi mövzusunda Azərbaycan gömrüyünün təcrübəsinə dair təqdimat nümayiş etdirilib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“HONOR”, IFA 2024-də rekord qıran “HONOR Magic V3” ilə gələcəkdə yeni imkanlara qapı açır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər