Salyanda avtoqəza olub, ölən və yaralananlar var - Yenilənib
Salyanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə "Report"un Aran bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2 qadın, 2 kişi) oktyabrın 23-də saat 15:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, digərlərinin isə orta ağır qiymətləndirilir.
Salyanda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.
"Report"un Aran bürosunun məlumatına görə, avtoqəza rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisədə bir nəfər ölüb. Qəza nəticəsində dörd nəfər - Neftçala rayon sakinləri - 1954-cü il təvəllüdlü Atakişi Sabir oğlu Hüseynov, Mələysuma Şahbaz qızı Hüseynova (1957), Günel Atakişi qızı Məlikova (1981) və Salyan rayon sakini Nurlan Anar oğlu Məmmədov (2004) xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Goranboyda yaşayış binasında uçqun zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub













