Sərnişinləri yarı yolda qoyan tiktoker sürücünün qalmaqalının səbəbi bilindi
Far.Az xəbər saytı

Sərnişinləri yarı yolda qoyan tiktoker sürücünün qalmaqalının səbəbi bilindi


Bakıda 5 nömrəli marşrut avtobusunda mübahisəyə səbəb sərnişinlərdən birinin sürücüdən kondisionerin yandırılmasını istəməsi, sürücünün isə bundan imtina etməsi olub.

Far.Az Baku TV-yə istinadən xəbər verir ki, bu barədə şikayətçi Emin Babayev bildirib.

Onun sözlərinə görə, avtobus Təbriz küçəsinə dönərkən sürücü nəqliyyat vasitəsini saxlayıb və hərəkəti davam etdirməyəcəyini bildirib. Digər sərnişinlər etiraz etsələr də, sürücü qərarını dəyişməyib.

Nəticədə sərnişinlər yolda qalıblar. E.Babayev əlavə edib ki, o, iş yerinə çatmaq üçün təxminən 400 metr piyada getməli olub.

"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, insidentlə bağlı aparılan araşdırma zamanı sürücünün xidməti vəzifələrinin icrası zamanı pozuntuya yol verdiyi müəyyən edilib, ondan izahat alınıb və Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq intizam tədbiri görülüb.

Qeyd edək ki, sözügedən sürücü tiktokerlik edirdi. O, sürücülük fəaliyyəti və iş prosesi zamanı baş verən hadisələrlə bağlı yumoristik videolar çəkirdi.

Oxşar xəbərlər

Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər