Azərbaycanda kassa çekləri üzrə risklər süni intellektlə müəyyən ediləcək
Far.Az xəbər saytı

Azərbaycanda kassa çekləri üzrə risklər süni intellektlə müəyyən ediləcək


Vergi orqanları kassa çekləri üzrə riskləri süni intellektlə müəyyənləşdirəcək.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda keçirilən "Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens" adlı tədbirdə bildirib.

"Artıq ötən ildən vergi yoxlamaları zamanı inventarizasiya nəticələrinin avtomatlaşdırılması hesabına yoxlamalara sərf olunan vaxta 7-9 həftə qənaət etmişik. Nəzarət-kassa aparatları onlayn rejimdə işləyir, hər gün milyonlarla çekdə məhsul adları əks olunur. Bu məlumatların təhlili vasitəsilə həmin məhsulların aid olduqları sektorla uyğunluğunu, risk yaradıb-yaratmadığını, dövriyyənin təbii və ya qeyri-təbii olub-olmadığını, hər hansı kənarlaşmaların mövcudluğunu müəyyən etmək mümkündür. Bu məqsədlə nəzarət-kassa aparatlarına daxil edilən məlumatların süni intellekt həlləri vasitəsilə analitik emalı və müəyyən edilən risklərin dərhal vergi orqanına təqdim olunması nəzərdə tutulur. Eyni zamanda, bu yanaşma nəzarət-kassa aparatlarının çeklərində, yük-gömrük bəyannamələrində və elektron qaimə-fakturalarda göstərilən malların adlarının təhlilinə də tətbiq oluna bilər. Çünki bəzi hallarda vergi ödəyiciləri eyni malı və ya xidməti müxtəlif formalarda ifadə edirlər", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər