"Fəvvarələr meydanı"nda TƏLİM - Yanğınsöndürən maşınlar sərbəst hərəkət edə bilmədi
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən "Fəvvarələr meydanı"nda və həmin əraziyə bitişik bəzi küçələrdə təlim keçirilib.
Far.Az nazirliyə istinadən xəbər verir ki, təlim Səbail rayonunun Rəzul Rza, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov, Əbdülkərim Əlizadə və Yusif Məmmədəliyev küçələrindən keçərək "Fəvvarələr meydanı"na doğru hərəkət edən xüsusi texnikanın "şərti yanğın" həyəcan siqnalı ilə "yanğın yeri"nə yaxınlaşa bilməsi və ümumilikdə ərazidə yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız şəkildə park edilməsi və digər süni maneələr səbəbindən irihəcmli yanğın avtomobillərinin "yanğın yerinə" sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub.
Qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti orqanlara müraciət edilib, avtomobillərin parklanmasına məsul şəxslərlə maarifləndirici söhbətlər aparılıb. Bir daha vurğulanıb ki, yanğın zamanı irihəcmli yanğın avtomobilləri və digər xüsusi təyinatlı texnikaların fəaliyyətinə maneə törətdiyindən dayanacaq üçün təyin olunmamış yerlərdə avtomobillərin park edilməsi, yanğın keçidlərində və yollarda süni maneələrin quraşdırılması yolverilməzdir. Belə hallar yanğınsöndürmə və xilasetmə işlərinin çevik aparılmasını mümkünsüz edir və faciəyə səbəb ola bilər.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların hadisə yerinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi üçün vətəndaşlardan avtomobillərini yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin edilməklə park olunmasını, yanğın keçidlərində və yollarda süni maneələrin quraşdırılmamasını xahiş edir.
Qalereya
Oxşar xəbərlər
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçusu Nilgün Rzayeva Avropa Kubokunda bürünc medal qazanıb
-
Goranboyda müəmmalı ölüm: Gənc qızın meyiti evdən tapıldı
-
Slovakiyada hərbi təlim poliqonunda yanğın baş verib
-
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
-
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
-
NYT: Arsenalların tükənməsi Pentaqonu HHM sistemlərini Avropadan Yaxın Şərqə yönləndirməyə məcbur edir













