Bakıda ağacları kəsərkən qayda pozuntusuna yol verən əməkdaş işdən çıxarılıb
Ağacların kəsilməsi zamanı qayda pozuntusuna yol verən Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı işdən azad edilib.
Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumatı verilib.
Bildirilib ki, Bakı şəhərinin Nəsimi rayonunda, 28 May küçəsində yeni parkın salınması üçün görülən işlərin icrası zamanı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən bir ağacın kəsilərkən aqrotexniki qaydalara riayət olunmaması faktı aşkar edilib.
Həmin ağacın gövdəsinin içəridən çürümüş vəziyyətdə olmasına baxmayaraq, bu hal onun kəsilməsi zamanı müvafiq qaydalara əməl edilməsi tələbini aradan qaldırmır. Ağacın qəzalı vəziyyətdə olması və ya gövdəsinin çürüməsi belə, onun götürülməsi prosesinin müəyyən edilmiş aqrotexniki tələblərə uyğun həyata keçirilməsini zəruri edir.
Aşkar edilmiş nöqsanla bağlı dərhal müvafiq inzibati tənbeh tədbiri görülüb. Həmçinin, işində yol verdiyi nöqsanlara görə Birliyin əməkdaşı tutduğu vəzifədən azad edilib.
Bununla yanaşı, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarına ərazidə görülən işlərlə bağlı ətrafda yaşayan sakinlər arasında maarifləndirmə tədbirlərinin aparılması, onlara həyata keçirilən işlərin məqsədi, qəzalı ağacların yaratdığı risklər barədə ətraflı məlumat verilməsi bir daha tapşırılıb.
Eyni zamanda vurğulanıb ki, sözügedən ərazidə təxminən 10 hektar sahədə park layihəsi çərçivəsində artıq hazırlıq işlərinə başlanılıb:
"Əraziyə ilkin baxış zamanı qəzalı vəziyyətdə olan ağaclar müəyyən edilib. Söhbət əsasən ötən əsrin 80-ci illərində Bakıda kütləvi şəkildə əkilmiş qovaq ağaclarından gedir. Bu ağacların kök sisteminin zəif olması onların aşma riskini artırır və ətraf mühit, eləcə də insanların təhlükəsizliyi baxımından müəyyən risklər yaradır. Mövcud vəziyyət nəzərə alınaraq, ərazidə hazırlıq işləri çərçivəsində qəzalı ağacların götürülməsi, gələcəkdə isə burada geniş yaşıllıq sahəsinə malik parkın salınması, yeraltı avtomobil dayanacağının tikintisi və xeyli sayda yeni ağacın əkilməsi planlaşdırılır".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
Neymar qırmızı vərəqə almasını irqçilik təzahürü adlandırıb
-
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb
-
"Sabah" "Qarabağ"ı qəbul edəcək
-
Türkiyədə ağır yol qəzasında 3 nəfər ölüb, 4 nəfər yaralanıb
-
İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqladı













