Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər
Far.Az xəbər saytı

Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər


Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünün dayandırılması halında Rusiyadan ölkəyə pul köçürmələrinin həcmi yarıdan çox azalaraq 2025-ci ildəki 3,88 milyard dollarla müqayisədə 1,8 milyard dollara düşə bilər.

"Far.Az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya, Belarus, Ermənistan və Qazaxıstanın birgə hesabatında qeyd olunub. Sənəd Rusiya hökumətinin saytında dərc edilib.

"Bütün Aİİ ölkələrindən Ermənistana köçürmələrin ümumi göstəricisi 2025-ci ildə 3,95 milyard dollardan 1,85 milyard dollara qədər azala bilər," - sənəddə bildirilib.

Bundan əlavə, Ermənistanın Aİİ-də iştirakının dayandırılması qazın qiymətinin 1 min kubmetr üçün 177,5 dollardan 300 dollara qədər, yəni 69 % artmasına gətirib çıxara bilər.

"Ermənistanın Aİİ-yə üzv dövlətlərdən qaz idxalı üzrə ssenari qiymətləndirməsi tədarükün fiziki həcmi dəyişməz qalmaqla 1 000 kubmetr üçün 300 ABŞ dolları qiymətini nəzərdə tutur. Hazırda qüvvədə olan 177,5 ABŞ dolları baza qiyməti ilə müqayisədə artım təxminən 69 % təşkil edəcək", - hesabatda qeyd olunub.

Bununla yanaşı, bildirilib ki, bu göstərici indikativ xarakter daşıyır və bazar konyunkturası nəzərə alınmaqla real qiymət daha yüksək ola bilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər