Ötən il Azərbaycanla Niderland arasında ticarət dövriyyəsi 325 milyon dollar olub
Far.Az xəbər saytı

Ötən il Azərbaycanla Niderland arasında ticarət dövriyyəsi 325 milyon dollar olub


Ötən il Azərbaycanla Niderland arasında ticarət dövriyyəsi 325 milyon ABŞ dolları təşkil edib.

"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 26-da niderlandlı həmkarı Tom Berendsenlə Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf potensialı yüksəkdir:

"Məsələn, ötən il ticarət dövriyyəsi 325 milyon dollar olub. Eyni zamanda Niderlanddan Azərbaycana 1,3 milyard dollar, Azərbaycandan Niderlanda isə 1,6 milyar dollar investisiya yatırılıb".

Nazir həmçinin bildirib ki, Azərbaycanda 150 Niderland şirkəti fəaliyyət göstərir:

"Bundan əlavə, Niderlandda da Azərbaycanın bir sıra böyük şirkətləri işləyir. Bugünkü görüşümüzdə də əməkdaşlığın yeni istiqamətlərdə genişlənməsi, "yaşıl enerji" məsələsi, Azərbaycanın Avropa bazarındakı rolu, Orat Dəhliz çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib. Eləcə də Ələt Azad İqtisadi Zonası, Bakı Ticarət Limanı da əsas müzakirə mövzularından olub".

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər