Abbas Abbasov Kanaki və Maʻohi Nuidən Azərbaycana gəlmiş ictimai-siyasi fəallarla görüşüb
Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Kanaki (Yeni Kaledoniya) və Maʻohi Nui (Fransız Polineziyası - Tahiti) ərazilərindən Azərbaycana səfər etmiş ictimai-siyasi fəallardan ibarət nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Report"a BTQ-dən məlumat verilib.
Nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə 22-30 oktyabr tarixlərində Bakıda keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalında iştirak edən Kanaki və Maʻohi Nui komandalarına azarkeşlik etmək və gənc futbolçuların beynəlxalq yarışda öz xalqını təmsil etməsinə mənəvi dəstək vermək məqsədilə ölkəmizə gəlib.
Görüşdə Kanaki və Maʻohi Nui xalqlarının müstəqillik uğrunda apardıqları mübarizənin hazırkı vəziyyəti, milli kimliyin və mədəni irsin qorunmasının vacibliyi, eləcə də əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qonaqlar Bakı Təşəbbüs Qrupunun Kanaki və Maʻohi Nui xalqlarının müstəqillik uğrunda mübarizəsinin beynəlxalq ictimaiyyətə çatdırılması, dekolonizasiya məsələlərinin beynəlxalq gündəlikdə saxlanılması və müxtəlif ərazilərin müstəqillik hərəkatları arasında əlaqələrin inkişafı istiqamətində fəaliyyətini yüksək qiymətləndiriblər. Azərbaycanın bu istiqamətdə göstərdiyi dəstəyə və beynəlxalq platformalarda yaradılan imkanlara görə minnətdarlıqlarını ifadə ediblər.
Abbas Abbasov öz növbəsində hər iki komandanın gənc futbolçularına uğurlar arzulayıb, idmanın xalqlar arasında dostluq və həmrəyliyi möhkəmləndirməklə yanaşı, onların milli kimliyinin və zəngin mədəniyyətinin tanıdılmasına xidmət etdiyini vurğulayıb. O, BTQ-nin müstəmləkəçilikdən əziyyət çəkən xalqların fundamental hüquqlarının, o cümlədən öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq səviyyədə müdafiəsinə dəstəyini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, oktyabrın 25-də hər iki komandanın gənc futbolçularına dəstək məqsədilə Bakıda Atletlər Kəndinin qarşısında və Hövsan Yarış Kompleksində dəstək aksiyaları keçirilib. Azarkeşlər milli mahnı və rəqslərlə öz xalqlarının mədəniyyətini və ənənələrini də nümayiş etdiriblər.
Executive Director Abbas Abbasov hosted the delegation from Kanaky (New Caledonia) and Maʻohi Nui (French Polynesia), who are in Azerbaijan for the FIFA U-15 World Cup, running in Baku from 22 to 30 October. The talks focused on the ongoing struggle of the Kanaky and Maʻohi Nui peoples for independence, the importance of protecting their national identity and cultural heritage from French colonial rule, and ways to deepen cooperation. The guests praised BIG’s highly effective actions to raise international awareness of their peoples’ struggle, to keep decolonization on the global agenda, and to build ties among independence movements from different territories. #BakuInitiativeGroup #Kanaky #MaohiNui #Decolonization #SelfDetermination
— Baku Initiative Group (@bakuinitiative) October 26, 2026
Oxşar xəbərlər
Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirib
-
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
-
ABŞ-də dəniz məhsulları istehsalı zavodunda ammonyak çəni partlayıb
-
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
-
Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb













