Tacikistan mineral resursların hasilatı sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir
Tacikistan, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl dəhliz"in yaradılması ideyasını tam dəstəkləyir.
Bunu "Report"a müsahibəsində Tacikistan Respublikasının energetika və su ehtiyatları nazirinin birinci müavini Camşed Şoimzoda bildirib.
"Artıq hər iki ölkənin (Tacikistan və Azərbaycan -red.) nazirləri səviyyəsində bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib", - C. Şoimzoda deyib.
Onun sözlərinə görə, Tacikistan unikal hidroenerji potensialına malikdir ki, bunun da hazırda yalnız 5 %-i istifadə olunur: "Eyni zamanda, ölkədə “yaşıl enerji”nin payı 95 %-dir. Əgər biz potensialımızdan tam istifadə edə bilsək, bu, Mərkəzi Asiyanın enerjiyə olan tələbatını dörd dəfə artıq ödəməyə kifayət edəcək".
C. Şoimzoda hesab edir ki, Azərbaycanın Mərkəzi Asiyanı Avropa ilə birləşdirən nəqliyyat dəhlizlərinin yaradılması təşəbbüsləri Tacikistan üçün yeni imkanlar açır: "Biz “yaşıl enerji”mizi təkcə qonşu ölkələrə deyil, həm də Avropaya çatdıra biləcəyik. Əgər 20 il bundan əvvəl bu, texniki cəhətdən qeyri-mümkün görünürdüsə, bu gün texnologiyaların ucuzlaşması sayəsində sözügedən layihə tamamilə real olur".
Nazir müavini, Tacikistan və Azərbaycan arasında daha bir vacib əməkdaşlıq sahəsi kimi faydalı qazıntıların istifadəsini qeyd edib: "Bu yaxınlarda hökumətlərarası komissiyanın iclasında ölkələrimiz bu istiqaməti əhatə edən məsələləri müzakirə ediblər. Biz mineral resursların hasilatını fəal şəkildə inkişaf etdirməyə yenicə başlayırıq, Azərbaycan isə bu sahədə zəngin təcrübəyə malikdir. Bu baxımdan biz gələcək qarşılıqlı fəaliyyət üçün böyük potensial görürük".
Camşed Şoimzoda ilə müsahibənin tam mətni ilə buradan tanış olmaq olar
Oxşar xəbərlər
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













