Fərid Şəfiyev: Azərbaycan xarici siyasətinin şərq istiqamətini gücləndirir
Far.Az xəbər saytı

Fərid Şəfiyev: Azərbaycan xarici siyasətinin şərq istiqamətini gücləndirir


Son 6-10 ildə Azərbaycanın xarici siyasətində şərq ölkələri ilə əməkdaşlığın genişləndirilməsi meyli müşahidə olunur.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Orta Dəhliz və onun perspektivləri: Azərbaycan, Cənubi Koreya və Avrasiya arasında nəqliyyat əlaqələrinin gələcəyi" adlı tədbirin açılışında bildirib.

"Son 6 və bəlkə də 10 il ərzində biz Azərbaycanın xarici siyasətində mənim Şərqə dönüş adlandırdığım bir halı müşahidə edirik. Bu, ölkənin beynəlxalq platformalarda və təşkilatlarda iştirakında özünü göstərir", - o qeyd edib.

F.Şəfiyev, həmçinin regionda davam edən münaqişələr fonunda Orta Dəhlizin artan əhəmiyyətini vurğulayıb:

"Asiya və Avropa arasında sabit və təhlükəsiz əlaqəyə artan tələbat şəraitində bu mövzu xüsusilə aktualdır. Biz Azərbaycanın şimalında və cənubunda hələ də həll olunmamış iki hərbi münaqişə görürük. Bununla belə, Azərbaycan və Orta Dəhliz boyunca yerləşən digər ölkələr sabit nəqliyyat əlaqəsi təklif edir".

Bu kontekstdə F.Şəfiyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitinin Azərbaycanda keçirilməsini, eləcə də ölkənin digər beynəlxalq tədbirlərdə iştirakını xatırladıb.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər