"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib
Məhkəmə-Hüquq Şurası tərəfindən dövrün tələblərinə uyğun olaraq yeni redaksiyada qəbul edilmiş "Hakimlərin Etik Davranış Kodeksi" Azərbaycan Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
"Far.Az" xəbər verir ki, kodeks hakimlər üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşəkar etika məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir.
Kodeksin əsas məqsədi hakimlərin yüksək peşə və etik davranış standartlarına riayət etməsini təmin etmək, məhkəmə hakimiyyətinin nüfuzunu möhkəmləndirmək və cəmiyyətdə məhkəmələrə ictimai etimadın qorunmasına xidmət etməkdir.
Sənəddə hakimin müstəqilliyi, qərəzsizliyi və obyektivliyi, qanun və məhkəmə qarşısında bərabərliyin təmin edilməsi, vicdanlılıq və dürüstlük, ictimai davranış və sosial məsuliyyətlilik, media və sosial şəbəkələrlə münasibətlər, əmək və icra intizamı, habelə hakimlər arasında peşə həmrəyliyi ilə bağlı məsələlər öz əksini tapıb.
Həmçinin Kodeksdə etik davranış qaydalarına dair maarifləndirmə və mübahisələrin həlli məqsədilə Etik Davranış üzrə Etika Komissiyasının yaradılması da nəzərdə tutulub.
Qeyd edək ki, bu Kodeksin qəbul edilməsi ilə əlaqədar Məhkəmə-Hüquq Şurasının 2007-ci il 22 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Hakimlərin Etik Davranış Kodeksi" qüvvədən düşüb.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı
-
Naxçıvanda bu il 117 yeni müəssisə fəaliyyətə başlayıb
-
DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib













