28 günlük tarif paketləri vətəndaşları qane edir?
Far.Az xəbər saytı

28 günlük tarif paketləri vətəndaşları qane edir?


Mobil operatorların tarif paketlərini 28 günlük müddətə təqdim etməsi abonentlərin illik rabitə xərclərinə təsir göstərir.

BAKU.WS-in məlumatına görə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bu yanaşmanın istehlakçıların maraqları baxımından qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Vüqar Oruc bildirib ki, vətəndaşlar ailə büdcələrini əsasən aylıq gəlir və xərclər əsasında planlaşdırırlar. Tarifin 28 gün üçün müəyyənləşdirilməsi isə il ərzində əlavə ödənişə səbəb ola bilər.

AQC İdarə Heyətinin sədri qeyd edib ki, məsələn, 30 manatlıq tarif 30 günlük müddətə təqdim olunarsa, 365 gün ərzində 12 ödəniş 360 manat təşkil edir:

"Eyni tarif 28 günlük olduqda isə müddət ərzində 13 ödəniş tələb olunarsa, ümumi xərc 390 manata çatır. Beləliklə, illik fərq 30 manat olur.

Ailədə bir neçə nəfər mobil rabitə xidmətindən istifadə etdikdə bu fərq daha böyük məbləğə çevrilə bilər. Operatorların tarif siyasətini müəyyənləşdirmək hüququ ilə yanaşı, istehlakçıların xidmətin müddəti və ümumi dəyəri barədə aydın məlumat əldə etmək imkanı da qorunmalıdır.

Tariflərin illik xərcinin açıq göstərilməsi və təqvim ayına uyğun alternativ paketlərin təklif edilməsi abonentlərin məlumatlı seçim etməsinə kömək edə bilər".

Orxan Hüseyn

Oxşar xəbərlər

Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər