Əziz Əlibəyli: "Ərdoğanın İlham Əliyevə zəngi anti-Azərbaycan qruplarına zərbədir"
"Türkiyə rəhbərinin Azərbaycan Prezidentinə zəng etməsi ayrıca bir həlledici faktordur. Eyni zamanda, bu, Türkiyədən Azərbaycana qarşı geniş kampaniya aparan, həmçinin AKP-nin daxilində məskunlaşmış anti-Azərbaycan qruplarına, müxtəlif xarici kəşfiyyat orqanlarının "qapı qulluğu"nu edənlərə çox ciddi dərsdir, zərbədir".
Bu barədə politoloq Əziz Əlibəyli Far.Az-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Prezident Ərdoğanın təşəbbüsü ilə əlaqə yaradılması və düzgün istiqamətdə getməyən proseslər Türkiyə tərəfinin ciddi bir qüsurunun olduğunun göstəricisidir:
"Eyni zamanda, Azərbaycan Prezidentini Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət etmək, xüsusilə də onu tədbirdə görmək istəyinin yüksək olması kifayət qədər yüksək qiymətə layiqdir.
Düşünürəm ki, daxili, o cümlədən xüsusilə vurğulanan regional məsələlərin müzakirə olunması Türkiyənin Azərbaycana nə qədər böyük ehtiyacının olduğunun göstəricisidir.
Şübhəsiz ki, Azərbaycan Türkiyəyə strateji tərəfdaş kimi yanaşır. Hər halda, Azərbaycanın daxili işləri, mövqeyi və öz mövqeyini dönməz şəkildə müdafiə etməsi məsələsi təkcə Türkiyə kontekstində qiymətləndirilmir. Bu, Azərbaycanın istənilən dövlətlə münasibətlərində öz mövqeyini qorumasının nə qədər mühüm olduğunu ön plana çıxarır.
Azərbaycanın milli maraqları müzakirə mövzusu olduğu bir vəziyyətdə geri addım atmaq Azərbaycan Prezidentinin lüğətində yoxdur".
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək
-
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər













