Meksika radiosunda COP29 tədbirinin əhəmiyyətindən danışılıb
Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov bu ölkənin nüfuzlu və çoxsaylı dinləyici auditoriyasına malik “Kanyon” radiosuna müsahibəsi zamanı Azərbaycanın COP29-a sədrliyi zamanı əldə etdiyi nailiyyətlərdən bəhs edib.
Azərbaycanın Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, müsahibə zamanı ölkəmizin ekoloji problemlərin həllinə hərtərəfli və dəstəkləyici yanaşmaya sadiqliyi, eləcə də COP29-a sədrliyin əsas məqsədinin iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi təşviq etmək olduğu vurğulanıb.
Diplomat tədbirin ilk günündə Paris Sazişinin 6.4-cü maddəsi ilə bağlı artıq müsbət nəticələr əldə olunduğunu qeyd edərək, bunun iqlim dəyişikliyi ilə mübarizə üçün nəzərəçarpacaq nəticələr verən səmərəli mexanizmlər hazırlamağa imkan verəcəyini bildirib. Eyni zamanda, Bakıda keçirilən COP29 çərçivəsində indiyədək bir sıra mühüm saziş və əməkdaşlıqların, o cümlədən, “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalandığını, bunun üç ölkənin əməkdaşlığında yeni mərhələ olduğunu qeyd edib.
Müsahibədə ilk dəfə olaraq Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) sammitinin keçirildiyi qeyd olunub, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin səsinin qlobal arenada eşidilməsi və onların təcrübəsinin öyrənilməsinin, eləcə də ən çox bu ölkələrə təsir edən iqlim dəyişikliyi kimi qlobal problemlərə inklüziv həll yollarının axtarışının vacibliyi vurğulanıb.
Sonda səfir hazırda beynəlxalq siyasətdə davam edən və kiçik ada dövlətlərinin iqlim dəyişikliyi ilə mübarizədə özlərinin qərar verməsinə mane olan neokolonializm təzahürləri ilə bağlı narahatlığını ifadə edib.
Qeyd edək ki, müsahibə həmçinin Meksikanın “Miled və ADRNetwork” radio kanallarında da efirə gedib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Meksika kanalında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
-
Ölüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq













