ASA: Likvidlik tələbləri investisiya qərarlarına ciddi təsir göstərir
Azərbaycan sığorta şirkətləri investisiyalardan cəmi 4 faiz bəndi əlavə gəlir əldə etmək imkanına görə daha yüksək risk götürməyə maraq göstərmir.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Abas Miskərlı "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi "12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" Konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda investisiya imkanlarının məhdudluğu və maliyyə institutlarının likvidlik tələbləri vəsaitlərin yerləşdirilməsi ilə bağlı qərarlara təsir edən əsas amillərdəndir.
"İlk növbədə, bizim bazarda investisiya qoymaq üçün alətlərin sayı çox azdır. İkinci məqam bank olmayan kredit təşkilatlarının (BOKT) özünəməxsus xüsusiyyətləri, kredit portfelləri və likvidlik ehtiyacları ilə bağlıdır. Məsələn, banklar müştərilər vəsaitlərini tələb etdikdə onları dərhal geri qaytara bilmək üçün kifayət qədər kapital və likvidlik ehtiyatı saxlamalıdırlar. Sığorta şirkətlərinin də öz öhdəlikləri var. Sığorta hadisələri baş verdikdə onlar müştərilərə ödəniş etməyə hazır olmalıdırlar.
Belə vəziyyətlərdə sığorta şirkətləri vəsaitlərini qısa müddətdə geri əldə edə biləcəkləri investisiya alətlərinə üstünlük verirlər. Buna görə də likvidlik mühüm amildir.
Üçüncü məqam BOKT-ların kredit portfellərinin diversifikasiyası ilə bağlıdır. Kredit portfeli nə qədər diversifikasiya olunarsa, risklər də bir o qədər azala bilər. Bu, sığorta şirkətləri üçün də əhəmiyyətlidir", - A. Miskərlı qeyd edir.
ASA-nin icraçı direktoru hesab edir ki, bununla belə, riskləri də nəzərə almaq lazımdır: "Sığorta şirkətinin rəhbəri kimi deyə bilərəm ki, bu yanaşmanın əsas səbəbi risk və gəlirlilik arasındakı tarazlıqdır. Əlavə gəlir əldə etmək imkanı cəmi 4 faiz bəndi olduqda, daha yüksək risk götürərək əlavə vəsait yatırmağa o qədər də həvəsli olmaya bilərəm".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













