Cəsarət Valehov: Mədəniyyət Nazirliyi yanında incəsənət təhsili sistemi modernləşdirilir
Azərbaycanda son illərdə Mədəniyyət Nazirliyi yanında incəsənət təhsili sisteminin modernləşdirilməsi istiqamətində işlər görülür.
"Far.Az" xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya" mövzusunda sessiyada mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov deyib.
O bildirib ki, bu sahədəki fəaliyyətin bir hissəsi Elm və Təhsil Nazirliyinin incəsənət təhsili sistemi ilə bağlıdır və əsas məqsəd mədəni irsi qorumaqla yanaşı, gənclər üçün yeni imkanlar yaratmaqdır.
C.Valehov qeyd edib ki, artıq gənclər arasında yaradıcılıq anlayışı dəyişir və onlar bədii ifadənin yeni formalarına maraq göstərirlər:
"Bu səbəbdən, elektron musiqi, qrafik dizayn, geyim dizaynı və digər müasir yaradıcılıq sahələrinin tədrisinə diqqət yetirilir. İdeya sadədir: gənc insan həm ənənəni başa düşməyi, həm də yeni bir şey yaratmağı bacarmalıdır. Biz istəyirik ki, tələbələr öz mədəni köklərini bilsinlər, eyni zamanda, gələcəyin yaradıcı iqtisadiyyatı üçün lazımi bacarıqları özlərində inkişaf etdirsinlər".
Oxşar xəbərlər
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-3
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













