Azərbaycanda özəl şirkətlər dövlətin elektron sənəd sisteminə qoşulacaq
Azərbaycanda özəl şirkətlər dövlətin elektron sənəd sisteminə qoşulacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Maliyyə Nazirliyinin Aparatının Müasir Texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
Onun sözlərinə görə, elektron müqavilə sistemindən həm dövlət qurumları, həm də sahibkarlar faydalanırlar: "Bu sistem təhvil-təslim aktlarının normativ hüquqi aktlarla müəyyən edilmiş müddətdən daha qısa vaxtda hazırlanmasına və proseslərin sürətləndirilməsinə imkan yaradır. Bu, təkcə dövlət qurumları üçün deyil, sahibkarlar və özəl sektor üçün də mühüm üstünlükdür. Məsələn, gələn ildən etibarən təhvil-təslim aktlarının elektronlaşdırılması özəl sektoru da əhatə edəcək. Bu, dövlət qurumu olmayan tərəflərin də prosesə cəlb edilməsi baxımından mühüm addımdır".
N.Soltanov əlavə edib ki, Maliyyə Nazirliyinin həyata keçirdiyi bu prosesdə özəl sektorun nümayəndələri də iştirak edəcəklər: "Təbii ki, həyata keçirdiyimiz dəyişikliklər sahibkarların indiyədək öyrəşdikləri bütün proseslərin yenidən qurulması demək deyil. Əsas məqsəd mövcud prosesləri sürətləndirmək və məlumatların operativ əldə olunmasını təmin etməkdir. Buna misal olaraq elektron qaimə-faktura sistemini göstərmək olar. Bu sistem ötən ildən etibarən fəaliyyət göstərir və artıq bir çox dövlət qurumlarında fəal istifadə olunur. Elektron qaimə-fakturalar vasitəsilə müvafiq əməliyyatlar həyata keçirilir. Eyni zamanda, özəl sektorun da bu proseslərə cəlb olunması istiqamətində işlər aparılır. Artıq banklar və digər özəl sahibkarlıq subyektləri də bu proseslərdə fəal iştirak edirlər".
Oxşar xəbərlər
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Dövlət Komitəsinin sədri beynəlxalq konfransda çıxış edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb
-
"Gəncə Mall"da oğurluq
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb - Yenilənib
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər













