Bunu etməklə hesabınızı itirə bilərsiniz - WhatsApp işlədənlərə XƏBƏRDARLIQ
Far.Az xəbər saytı

Bunu etməklə hesabınızı itirə bilərsiniz - WhatsApp işlədənlərə XƏBƏRDARLIQ


Son dövrlər sosial şəbəkə hesablarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır. Xüsusilə "WhatsApp" hesablarının ələ keçirilməsi, şəxsi yazışmaların ələ düşməsi və dələduzların adımızdan pul istəməsi istifadəçiləri düşündürən əsas məsələlərdəndir.

Far.Az-in məlumatına görə, "WhatsApp" hesablarının ələ keçirilməsinin əsas yollarından biri istifadəçilərin aldadılaraq təsdiq kodlarını başqalarına verməsidir.

Dələduzlar özlərini dost, tanış və ya texniki dəstək əməkdaşı kimi təqdim edərək həmin kodu istəyə bilərlər. Halbuki bu kodun paylaşılması hesabınıza girişin itirilməsinə səbəb ola bilər.

Digər təhlükə isə saxta keçidlər və QR kodlar vasitəsilə hesabın başqa cihaza bağlanmasıdır. Buna görə WhatsApp-ın "Bağlı cihazlar" bölməsini mütəmadi yoxlamaq, tanımadığınız cihazları hesabdan ayırmaq vacibdir.

Hesabın təhlükəsizliyini artırmaq üçün iki mərhələli təsdiqləməni aktivləşdirmək lazımdır. Bu funksiya hesabın yenidən qeydiyyata alınması zamanı əlavə PIN kodu tələb edir. Həmin kodu da heç kimlə paylaşmaq olmaz.

Hesabınızın ələ keçirildiyini necə müəyyən edə bilərsiniz?

Telefonunuza istəmədiyiniz təsdiq kodlarının gəlməsi, hesabınıza tanımadığınız cihazların qoşulması və adınızdan şübhəli mesajların göndərilməsi diqqət yetirməli olduğunuz əlamətlərdir. Lakin təsdiq kodunun gəlməsi hesabın artıq ələ keçirildiyi demək deyil.

Belə bir halla qarşılaşsanız, öz nömrənizlə WhatsApp-a yenidən daxil olmağa və SMS kodu ilə hesabınızı təsdiqləməyə çalışın. Əlavə PIN tələb edilərsə, tətbiqin bərpa qaydalarına əməl edin. Adınızdan pul istənildikdə isə yaxınlarınızla başqa əlaqə vasitəsilə danışaraq məlumatı dəqiqləşdirin.

"Instagram", "Facebook", "TikTok" və "Telegram" kimi digər platformalarda da saxta giriş səhifələri, oğurlanmış parollar və aldadıcı keçidlər hesabların təhlükəsizliyini təhdid edir. Buna görə hər hesab üçün fərqli və güclü parol seçmək, iki mərhələli təsdiqləməni aktivləşdirmək, şübhəli keçidlərə daxil olmamaq və tətbiqləri vaxtında yeniləmək tövsiyə olunur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər