TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırım ilə görüşüb.
Far.Az xəbər verir ki, görüş zamanı TÜRKPA-nın Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən 15-ci plenar iclası və Assambleya Şurasının iclası çərçivəsində qəbul edilmiş qərarlar, eləcə də qardaş ölkələr arasında münasibətlərin yüksək səviyyədə davam etdirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin iki qüdrətli lideri, İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə daha da inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Azərbaycan və Türkiyənin müstəqil daxili və xarici siyasət yürüdən qüdrətli dövlətlər kimi beynəlxalq arenada öz mövqelərini möhkəmləndirməsinin və Türk dünyasının birliyinə töhfə verməsinin əhəmiyyəti xüsusilə vurğulanıb.
Öz növbəsində, TÜRKPA-nın Baş katibi Ramil Həsən səmimi qəbula görə cənab Binali Yıldırıma təşəkkürünü bildirib. O, müstəqil və qüdrətli türk dövlətlərinin beynəlxalq müstəvidə mövcudluğunun və həmrəyliyinin Türk dünyasının vahid və güclü birlik kimi çıxış etməsinə mühüm töhfə verdiyini qeyd edib.
Baş katib, xüsusilə, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinin, müstəqil siyasi xəttin davam etdirilməsinin və ortaq maraqların uzlaşdırılmasının hər iki dövlətin beynəlxalq arenada mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, həmçinin Azərbaycan və Türkiyənin digər qardaş Türk dövlətləri üçün ilham mənbəyi və aparıcı qüvvə rolunu oynadığını xüsusi qeyd edib.
Binəli Yıldırım Azərbaycan ilə Türkiyə arasında strateji qardaşlıq münasibətlərinin güclənərək davam etdirilməsinin vacib və şərt olduğunu və bu istiqamətdə bundan sonra da əllərindən gələn bütün dəstəyi əsirgəməyəcəklərini ifadə edib.
O, TÜRKPA-nın fəaliyyətinə və Baş katibin işlərinə uğurlar arzulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













