Azərbaycanın oğlanlardan ibarət yığması EEVZA çempionatında iştirak edəcək
Far.Az xəbər saytı

Azərbaycanın oğlanlardan ibarət yığması EEVZA çempionatında iştirak edəcək


Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarış noyabrın 27-30-u aralığında Estoniyada keçiriləcək.

Turnirdə ev sahibi ilə yanaşı, Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna və Polşa yığmaları mübarizə aparacaq. B qrupunda yer alan millimizin rəqibləri Latviya və Estoniya kollektivləridir. U-16 noyabrın 27-də Estoniya, iki gün sonra Latviya ilə görüşəcək.

Qeyd edək ki, yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.

Oxşar xəbərlər

Azərbaycanın voleybol millisi EEVZA-da iştirak üçün Polşaya yollanıb
Azərbaycan yığmasının baş məşqçisi: Dünya çempionatının seçmə mərhələsində qrupdan çıxacağımızı düşünürəm
Azərbaycan millisinin üzvü: AVRO-2026-nın final mərhələsinə yollanmaq niyyətindəyik
Azərbaycanın çimərlik voleybolu komandası EEVZA çempionatında iştirak edəcək
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər