Ərdoğan Mirziyoyevlə görüşdə TDT-nin güclənəcəyini bildirib
Far.Az xəbər saytı

Ərdoğan Mirziyoyevlə görüşdə TDT-nin güclənəcəyini bildirib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşüb və söhbət zamanı Türk Dövlətləri Təşkilatının (TDT) güclənərək yoluna davam edəcəyinə inandığını bildirib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Liderlər Türkiyə-Özbəkistan ikitərəfli əlaqələri, regional və qlobal məsələləri də müzakirə ediblər.

Bundan başqa, Özbəkistan Prezidenti Antalyada keçiriləcək COP31 Liderlər Zirvəsinə dəvət olunub.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər