Tokayev TDT dövlətlərini Azərbaycan-Qazaxıstan fiber-optik xəttinə qoşulmağa dəvət edib
Far.Az xəbər saytı

Tokayev TDT dövlətlərini Azərbaycan-Qazaxıstan fiber-optik xəttinə qoşulmağa dəvət edib


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrini Qazaxıstan və Azərbaycan arasında işə salınmış Transxəzər Fiber-Optik Kabel Xəttinin imkanlarından istifadə etməyə çağırıb.

"Far.Az" "Akorda"ya istinadən xəbər verir ki, o, bu barədə TDT-nin Ankarada keçirilən sammitində çıxışı zamanı bildirib.

"Bu yaxınlarda (15 oktyabr - red.) Qazaxıstan və Azərbaycan arasında Transxəzər Fiber-Optik Kabel Xətti istifadəyə verilib. Türk dövlətləri də bu unikal layihənin imkanlarından yararlana biləcəklər", - Tokayev deyib.

O həmçinin təşkilat iştirakçılarını Kibertəhlükəsizlik Şurasının, eləcə də rəqəmsal monitorinq və innovasiya mərkəzlərinin yaradılması üzrə təşəbbüslərin reallaşdırılmasını sürətləndirməyə çağırıb.

"Şübhəsiz ki, bu layihələr ölkələrimizin rəqəmsal sahədə tərəfdaşlığının daha da genişləndirilməsinə töhfə verəcək", - Qazaxıstan lideri bildirib.

Tokayev, eyni zamanda 2027-ci ildə Qazaxıstanda türk ölkələrinin işgüzar forumunun keçirilməsini təklif edib.

"İqtisadi inteqrasiyanı dərinləşdirmək üçün Türk Ticarət və Sənaye Palatasının imkanlarından istifadə etmək lazımdır. Qazaxıstanın bu qurumda sədrliyi dövründə bir sıra tədbirlər keçirilib və mühüm sənədlər hazırlanıb. Bu işə əlavə təkan vermək üçün 2027-ci ildə ölkəmizdə işgüzar forum keçirmək olar", - Qazaxıstan prezidenti əlavə edib.

Xatırladaq ki, Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik rabitə kabeli hər iki ölkənin rəqəmsal infrastrukturunu birləşdirən əhəmiyyətli layihələrdən biridir. Bu xətt məlumat ötürülməsi sürətinin artırılmasına və regional rəqəmsal konnektivliyin təmin edilməsinə yönəlib.

Oxşar xəbərlər

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər