Azərbaycanda sanatoriya-kurort yollayışlarının sayının 10 % artması gözlənilir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təqdim etdiyi məlumata əsasən, 2025-ci ildə tam dəyəri 20,3 milyon manat olan 13 470 ədəd sanatoriya-kurort yollayışı verilməsi nəzərdə tutulur.
“Far.Az” xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bunlar, 2024-cü ilin gözlənilən göstəricisi ilə müqayisədə təxminən 10 % çoxdur.
O cümlədən, gələn il tam dəyəri 7,3 milyon manat olan, amma haqqı qismən (15 % olmaqla) ödənilən 2 376 yollayış verilməsi planlaşdırılır. Bunlar isə bu ilin gözlənilən göstəricisinə nisbətən təxminən 9 % çoxdur.
Oxşar xəbərlər
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 10 %-dən çox artırılır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib
Hesablama Palatası: İşğaldan azad edilmiş ərazilərdə sosial ödəmələrin subsidiyalaşdırılması artacaq
AHİK nümayəndə heyəti PARŞ İcraiyyə Komitəsinin iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub













